Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda cəzaların humanistləşdirilməsi 6 mindən çox vətəndaşa şamil olunub

Azərbaycanda cəzaların humanistləşdirilməsi 6 mindən çox vətəndaşa şamil olunub

Tarix: 17 Aprel 2019 11:54

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ildə Azərbaycanda cəzaların humanistləşdirilməsi, Cinayət Məcəlləsinə 300-dən çox dəyişiklik məhkəmələr tərəfindən 6 mindən çox məhkum barəsində tətbiq edilib.

Trend-in məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

R.Rzayev bildirib ki, onlardan 1700-dən çox məhkum cəzadan tamamilə azad edilib, 2500-dən çox məhkumun cəza müddəti azaldılıb.

Onun sözlərinə görə, bundan başqa, 390-dan çox məhkumun cəzaçəkmə müəssisənin növü dəyişdirilərək yüngülləşdirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda cəzaların humanistləşdirilməsi mindən çox vətəndaşa şamil olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ