Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2023 18:26
"Barselona"nın prezidenti Joan Laporta azarkeşləri ilə söhbəti zamanı PSJ-nin futbolçusu Lionel Messinin tezliklə Kataloniya klubunun düşərgəsinə qayıdacağını bildirib.
Sonxeber.net qafqazinfoya istinadən xəbər verir ki, Laporta İspaniya çempionatının 29-cu turunun "Xetafe" ilə oyunundan (0:0) öncə tribunada azarkeşlərlə şəkil çəkdirib, eyni zamanda onların suallarını cavablandırıb.
Fanatlardan biri "Barselona"nın prezidentindən Lionel Messinin komandaya qayıdıb-qayıtmayacağını soruşub. Klub rəsmisi bunu təsdiq edib.
Birləşmiş Ərəb Əmirliklərindən olan sponsor "Barselona"ya sərmayə qoymaq niyyətindədir ki, bu da kluba Messi ilə müqavilə bağlayacağı təqdirdə maliyyə feyr-pleyi və maaşla bağlı problemlərdən qaçmağa imkan verəcək.