Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Səudiyyə Ərəbistanı ilə normal münasibətlər və sülh istəyirik" - Netanyahu

Tarix: 17 Aprel 2023 21:56

İsrail Səudiyyə Ərəbistanı ilə normal münasibət və sülh istəyir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ senatoru Lindsey Qraham ilə görüşündə bildirib.

"Biz Səudiyyə Ərəbistanı ilə normallaşma və sülh istəyirik. Bu razılaşma İsrail, Səudiyyə Ərəbistanı, region və dünya üçün möhtəşəm, tarixi nəticələrə səbəb ola bilər", - deyə o qeyd edib.

Netanyahu həmçinin bildirib ki, İsrailin Səudiyyə Ərəbistanı ilə münasibətlərini yaxşılaşdırmaq nəhəng sıçrayış olacaq.

Qeyd edək ki, İsrail və Səudiyyə Ərəbistanının hazırda rəsmi diplomatik əlaqələri yoxdur.

Milli.Az


Etiketlər:  Səudiyyə Ərəbistanı ilə normal münasibətlər sülh istəyirik Netanyahu


RƏYLƏR