Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2023 23:38
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin anası onun səhhəti barəsində açıqlama yayıb.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, Saakaşvilinin anası Culi Alasaniya həbsdə saxlanılan oğlunun 100 yaşlı kişiyə bənzədiyini deyib.
"O, skeletə çevrilib və ayağa qalxanda onurğası tamam əyilir, 100 yaşlı adam kimi çətinliklə yeriyir, yemək yeyir... Problem ondadır ki, o, yemək qəbul edir, amma görünür, orqanizm onu həzm edə bilmir", - Alasaniya jurnalistlərə bildirib.
O, oğlunun 120 kiloqram çəkisinin yarısını itirdiyini vurğulayıb.