Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mən “prostoy” adam deyiləm, kralam, paxıllığımı çəkirlər” - Xalq artisti

“Mən “prostoy” adam deyiləm, kralam, paxıllığımı çəkirlər” -  Xalq artisti

Tarix: 18 Aprel 2023 13:25

"Son iki il, yəni pandemiya bizi 100 il dala atdı. Qoymadı ki, işləyək, yaradaq, oxuyaq. Gənclər bunu dərk etmir, amma bizim beynimiz yatdı. 2 il azdır ki? Harada iş var? Mən xalq artistiyəm, prezident mənə ev bağışlayıb, "prostoy" adam deyiləm ee, kralam. Mən Cavan Zeynallıyam! Sənətkara hörmət etmək lazımdır, indiki cavanlar nə bilir ki, hörmət nədir? Çünki bizim dövrün insanları getdi, qaldı gənclər. Heç mənim efirlərə qayıtmağımı istəmirlər. Mən yüksək professional musiqiçiyəm, cazmenəm, pianoçuyam. O müğənnilər sadəcə 1-2 mahnı oxuya bilirlər. Ona görə də deyirlər ki, Cavan efirlərə çıxmasın, lazım deyil. Mənə paxıllıq edirlər".

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Cavan Zeynallı deyib.

"Bir neçə il bundan əvvəl ölüm xəbərimi yaymışdılar. Mənim də heç nədən xəbərim yoxdur, evdə yatırmışam. Bilirəm ki, bütün bunları edənlər paxıl insanlardır. Hamı Röya xanıma zəng edib soruşurdu ki, "Cavana birdən-birə nə oldu ki, rəhmətə getdi?". Röya xanım da o anda yolda olub, tez mənə zəng edib, hal-əhval tutdu. Bir dəfə də şəkilimi qara çərçivəyə saldırıb, paylaşmışdılar. Bu artıq mənə sataşmaqdır. Bütün bunlar mənim uzun ömürlü olmağıma işarədir. İnşallah" deyə sənətkar bildirib.

Xalq artisti həyat yoldaşının ölümündən də danışıb.

"Yazırlar ki, "Cavan Zeynallının həyat yoldaşı rəhmətə getdi". Başlıqlar yazıb, olanı da şişirdirlər! Nə oldu?! 27 il birlikdə yaşamışıq. Heç vaxt aramızda inciklik falan olmayıb. Elə mahnılarım var ki, sözlərini Röya xanım yazıb. O mahnıları yoldaşım üçün səsləndirirəm. Artıq özümə gəlirəm. Həyatdır, nə deyəsən? Belə oldu! Evlilik üzüyümü hələ də barmağımdan çıxarmamışam. O üzük ölənə qədər barmağımda qalacaq. Cavanlıq illərimdən tək yaşamışam, indi də mənə tək yaşamaq çətin deyil. Həyat yoldaşım sən demə vəsiyyət edibmiş ki, mənə nəsə olsa Qusarda dəfn edin. Mənim onun bu vəsiyyətindən xəbərim olmayıb. Elə də oldu! Onu Qusarda dəfn etdik. Həyatsevər xanım idi. Allah bizə övlad verməsə də, biz xoşbəxt illər keçirdik" deyə sənətkar bildirib.

"Kiməsə vəsiyyət etmisiniz?" sualına sənətkar belə cavab verib.

"Heç kimə vəsiyyət etməmişəm. Hələ ölməyi düşünmürəm. Mən 150 il yaşayacam. Mən bunu bilirəm. Siz hamınız dünyadan köçəcəksiniz, amma mən yaşayacam. Mən özümə çox yaxşı baxıram" deyə xalq artisti bildirib.

Cavan Zeynallı pedaqoji fəaliyyətlə məşğul olduğu Mədəniyyət və İncəsənət universitetindən çıxdığını da bildirib.

"Orada vəziyyət çox pisdir. Ona görə də universitetdən çıxmışam. Musiqiyə fikir vermirlər. Musiqi heç kimə lazım deyil" deyə sənətkar bildirib.


Etiketlər:  Mən prostoy adam deyiləm kralam paxıllığımı çəkirlər Xalq artisti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ