Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2023 17:50
Hindistanın Maharaştra əyalətində keçirilən təntənəli mükafatlandırma mərasimi fəlakətə səbəb olub.
Sonxeber.net xəbər verir ki, mərasim zamanı 30-64 yaş arasında 9-u qadın olmaqla 13 nəfər günvurma nəticəsində dünyasını dəyişib, xəstəxanaya yerləşdirilən 8 nəfərin müalicəsi davam etdirilir. Məlumata görə, açıq havada keçirilən mükafatlandırma mərasimi zamanı havanın temperaturu 38 dərəcə olub. 20 nəfər huşunu itirib. Onlardan 8-nin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Hindistanın Meteorologiya Departamentinin məlumatına görə, ölkənin bir çox şəhərində havanın temperaturu 40 dərəcə olub. (publika)