Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2023 08:18
Son zamanlar bütün dünyada uşaqlar və yeniyetmələr arasında piylənmə hallarının kəskin artması müşahidə olunur. Piylənmə insan üçün bir sıra problemlər yaradır. Oynaqlarda və sümüklərdə yüklənmə çoxaldığına və ya həddindən artıq olduğuna görə artıq çəki dayaq-hərəkət aparatının xəstəliklərinə aparıb çıxarır. Çəkinin artıq olması fiziki fəallığın intensivliyini aşağı salır. Orqanizmdə piy yığılması ürək-damar, onkoloji xəstəliklərə, diabetə və hipertoniya probleminə tutulmaq ehtimalını artırır.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Cərrahiyyə kafedrasının müəllimi, cərrah Toğrul Məhərrəmov deyib.
Onun sözlərinə görə, piylənmədən əziyyət çəkən insanların digər insanlara görə 3 dəfə daha çox hipertoniyaya tutulma riski var. Hipertoniya və piylənmə çox ciddi, eyni zamanda təhlükəli sağlamlıq problemidir. Aparılan araşdırmalar nəticəsində hipertoniyadan əziyyət çəkən kişilərin 70 faizi və qadınların 60 faizdən çoxunda yüksək qan təzyiqinin olduğu müşahidə edilib. Yüksək qan təzyiqi olan uşaqlarda piylənmə riski 3 dəfə yüksəkdir. Bədən kütləsi indeksi (BMI) artdıqca, hipertoniya ehtimalı da artır.