Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə regional enerji mərkəzinə çevrilib - Çavuşoğlu

Türkiyə regional enerji mərkəzinə çevrilib - Çavuşoğlu

Tarix: 19 Aprel 2023 14:40

Türkiyə regional enerji mərkəzinə çevrilib.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

"Qlobal güc olmaq istəyirik. Bir tərəfdən öz məhsullarımızı, bir tərəfdən də dünyanın hər yerindən keçən tankerlərlə, boru kəmərləri ilə təbii qaz gətirməklə Avropa və Balkan ölkələrinə satmağa başlamışıq. Dünyanın enerji tədarükündə vacib mövqeyə çevrilmişik. Biz heç kimlə rəqabət aparmırıq, məqsədimiz türk dünyasının mövqeyini daha da gücləndirməkdir", - deyə M.Çavuşoğlu bildirib.

Milli.Az


Etiketlər:  Türkiyə regional enerji mərkəzinə çevrilib Çavuşoğlu


RƏYLƏR