Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2023 15:08
Bir müddətdir İranla Azərbaycan arasında yaşanan siyasi gərginlik ticarət sahəsinə də təsirsiz ötüşməyib.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, İran məhsulları satan mağazalarda müştərilər tək-tük gözə dəyir.
"Azərbaycan və İran arasında son vaxtlar yaşanan gərginlik ticarətə də yansıyıbmı?"
İllərdir Azərbaycanda İran istehsalı olan məhsullar "İran nemətləri" adlı mağazalarda satılıb. Buna görə bu mağazalarda olub, hazırkı vəziyyətlə maraqlandıq.
Satıcı deyir ki, İran məhsullarının daimi müştəriləri var. Ancaq onun sözlərinə görə alıcı sayında azalma müşahidə edilir.
Başqa bir mağazada isə əslən İran vətəndaşı olduğunu deyən bu şəxs mikrafonumuza danışmaq istəmədi.
Ancaq söhbət əsnasında bildirdi ki, İrandan gətirilən məhsullara Bakı bazarında həmişə tələbat var.
O, İrandan gətirilən yuyucu toz, sabun və şampunlara tələbatın daha çox olduğunu bildirir.
Satıcıların sözlərinə görə Azərbaycana gətirilən İran məhsullarının əksəriyyəti isə Təbriz, Ərdəbil və Məşhəd şəhərlərində istehsal olunur.
Bəzi alıcılar isə əsasən, xurma, düyü, yağ və digər çərəzlər üçün məhz bura üz tutduqlarını deyirlər.
"Bəzi mağazalarda isə "Xəzər Xəbər"in çəkiliş aparmasına mane olmağa çalışıblar"
Daha ətraflı videomaterialı təqdim edirik: