Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2023 19:50
Bir neçə gün əvvəl saçlarını qısa kəsdirən müğənni Günay İbrahimli bu addımını şəxsi həyatında problemlər yaşaması və depressiyaya düşməsi ilə əlaqələndirənlərə cavab verib.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu "Səhər mərkəzi" verilişində danışıb.
Estrada ulduzu saçlarının qısa kəsdirməsinin şəxsi həyatı ilə heç bir əlaqəsinin olmadığını bildirib:
"Bu imic dəyişikliyidir. Hər iki aydan bir saçlarımda dəyişiklik edirəm. İndi də tədbirlər yoxdur. Saçlarımı kəsdirdim ki, dincəlsinlər, baxım edim. Şəxsi həyatımla heç bir əlaqəsi yoxdur".
Proqramın aparıcısı Tural Əsədovun "Aygün Kazımova, yoxsa Röya Ayxanla duet oxuyarsınız?" sualına Günay "Aygün Kazımova ilə oxuyaram" deyə cavab verib.
Daha sonra aparıcının "Toyunu Elton Hüseynəliyev, yoxsa Abbas Bağırova həvalə edərsən?" sözlərinə "Abbas Bağırov" deyə qısa fikrini bildirib.