Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail XİN rəhbərinin Azərbaycana səfəri başa çatıb

İsrail XİN rəhbərinin Azərbaycana səfəri başa çatıb

Tarix: 19 Aprel 2023 21:39

Azərbaycana uğurlu səfərimin sonunda dostum, xarici işlər naziri Ceyhun Bayramova səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm.

Sonxeber.net xəbər verir ki, bu barədə İsrailin xarici işlər nazir Eli Kohen tvitterdə paylaşım edib.

"İki həftə əvvəl Azərbaycanın İsraildəki səfirliyinin açılışına gələndə mən onu Yerusəlimdə qəbul etmişdim və bu gün görüşümüzdə biz ölkələrimiz arasında əlaqələrin gücləndirilməsinin davam etdirilməsi, təhlükəsizlik, iqtisadiyyat, təhsil, kibertexnologiyalar sahəsində əməkdaşlığın təşviqi barədə müzakirələr apardıq. Bu, strateji əhəmiyyət kəsb edən ölkələr arasında münasibətlərdə yeni dövrdür. İndi mən İsrail səfirliyinin açılışı üçün Türkmənistana tarixi səfərə gedirəm", - deyə paylaşımda qeyd olunub.


Etiketlər:  İsrail XİN rəhbərinin Azərbaycana səfəri başa çatıb


RƏYLƏR