Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyaya əks-hücum başlayır - Putin dərhal hərəkətə keçdi

Rusiyaya əks-hücum başlayır - Putin dərhal hərəkətə keçdi

Tarix: 19 Aprel 2023 23:06

"Hava şəraiti də daxil olmaqla, Ukrayna hərbçilərinin əks-hücum keçirməsi üçün bütün lazımi şərtlər yerinə yetirilməlidir".

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.

General Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kiril Budanovun yazın sonuna qədər ordunun Krıma daxil olacağı proqnozunu xatırladıb. Romanenkonun sözlərinə görə, Ukraynanın 1.5 ay vaxtı var və bu müddət ərzində əks-hücuma hazırlaşacaq.

Həmçinin general-leytenant qeyd edib ki, əks-hücum üçün əlverişli hava şəraitini gözləmək lazımdır: "İsti havanın gəlməsi, yolların isə 70 ton və ya daha çox ağır NATO tanklarını dəstəkləyəcək qədər quruması üçün bir neçə həftə lazımdır.

Romanenko bildirib ki, bu 1.5 ay ərzində şərq cəbhəsində müdafiə əməliyyatını başa çatdırmaq, Rusiya qoşunlarının irəliləməsini dayandırmaq, onlara canlı qüvvə və texnikada dağıdıcı itkilər vermək lazımdır. General qeyd edib ki, Rusiya ordusu Ukraynanın əks-hücumuna hazırlaşır, müdafiə istehkamları qururlar, minalanma işi aparırlar.

"Putinin bu ərazilərə səfəri (Xerson və Zaporoje) təəccüblü deyil. Bu, Rusiyanın hərbi-siyasi rəhbərliyinin ən azı baş verənləri öyrəndiyini göstərir. Ehtiyatlarını hazırlayırlar", - Baş Qərargah rəisinin keçmiş müavini vurğulayıb.

Milli.Az


Etiketlər:  Rusiyaya əks hücum başlayır Putin dərhal hərəkətə keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ