Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2023 09:12
"Çox söz deyə bilərik, amma fikir verməyin".
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin "Konyaspor" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli evdə "Adana Demirspor"a 1:2 hesabı ilə uduzduqları XXX tur oyunundan sonra şəxsi instaqram hesabında yazıb.
26 yaşlı hücumçu onları dəstəkləyən hər kəsə təşəkkür etdiklərini bildirib.
Qeyd edək ki, matça start heyətdə başlayan Mahir Emreli 40-cı dəqiqədə komandasının yeganə qolunu vurub. 48-ci dəqiqədə Adana təmsilçisində David Akintola qırmızı vərəqə alaraq meydandan qovulub. Azərbaycanlı forvard isə 60-cı dəqiqədə əvəzlənib.