Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya qoşunları Ermənistanda təlimlər keçirib

Rusiya qoşunları Ermənistanda təlimlər keçirib

Tarix: 20 Aprel 2023 10:38

Ermənistandakı Rusiya qoşunlarının "Alagəz" və "Kamxud" poliqonlarında maddi-texniki təminat bölmələrinin təlimləri keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, maddi-texniki təminat bölmələrinin hərbçiləri hərbi texnikanın yanacaqla doldurulması tapşırıqlarını müasir tankerlərin köməyi ilə çöl şəraitində yerinə yetiriblər.

Həmçinin, bütün təlim dövründə Cənub Hərbi Dairəsinin hərbi bazasının maddi-texniki təminat bölmələrinin hərbi qulluqçuları yüksək dağlarda şəxsi heyətin ərzaq, geyim və digər yardım növləri ilə təmin edilməsi üçün geniş spektrli xüsusi tapşırıqları yerinə yetiriblər.

Milli.Az


Etiketlər:  Rusiya qoşunları Ermənistanda təlimlər keçirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ