Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkə Rusiya və Belarus vətəndaşlarına qarşı sanksiyaları təsdiqlədi

Bu ölkə Rusiya və Belarus vətəndaşlarına qarşı sanksiyaları təsdiqlədi

Tarix: 20 Aprel 2023 23:20

Litva parlamenti Ukraynadakı müharibə ilə əlaqədar Rusiya və Belarus vətəndaşlarına qarşı milli sanksiyaların tətbiqini təsdiqləyib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, seymin 99 üzvü qanunun prezidentin təklif etdiyi düzəlişlər olmadan qəbul edilməsinin lehinə, yeddisi əleyhinə səs verib, ikisi isə bitərəf qalıb.

Məhdudlaşdırıcı tədbirlər haqqında son təsdiq edilmiş qanuna əsasən, bu il mayın 2-dən 2024-cü il mayın 3-dək ruslar və belaruslar üçün Litva vizalarının və elektron rezident statusunun alınması məhdudlaşdırılacaq. Eyni zamanda, onlara Ukrayna qrivnasının idxalına qadağa qoyulacaq.

Rusiya vətəndaşları Litvaya daxil olarkən və daşınmaz əmlak alarkən əlavə çətinliklərlə üzləşəcək və onların burada yaşayış icazəsi almaq üçün müraciətləri müvəqqəti olaraq qəbul edilməyəcək.

Milli.Az


Etiketlər:  Bu ölkə Rusiya Belarus vətəndaşlarına qarşı sanksiyaları təsdiqlədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ