Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2023 07:56
Rusiya Erməniləri İttifaqı Ryazan şəhərində ermənilərin kütləvi saxlanması barədə məlumat yayıb.
"Həqiqətən bir növ təqib var: onları işdən, kafedən, restoranlardan aparırlar. Hamını aparırlar. O cümlədən qadınları, əgər onlar erməni millətindəndirsə. Onları polis şöbəsinə aparırlar, orada (xüsusi) heç bir iş görmürlər, ifadələrini alır, əl izlərini götürür və buraxırlar, amma bu hallar kütləviləşib", - Rusiya Erməniləri İttifaqının vitse-prezidenti German Ananyants deyib.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, Ryazan vilayətinin erməni icması rəhbərinin müavini Robert Alixanyan saxlanılmaların səbəblərini açıqlayıb. "İcma rəhbərliyinə izah etdilər ki, bütün bunlar 3 erməni barəsində cinayət işinin başlanması ilə əlaqədardır. Onlar kafedə məişət münaqişəsi zəminində Özbəkistan vətəndaşları ilə dava ediblər", - Alixanyan bildirib.
İcma rəhbəri qeyd edib ki, Özbəkistan vətəndaşları il dava edən ermənilər ərazidən qaçıb. Polis hazırda onları axtarır.