Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaponiya parlamentində “kütləvi qırğın” ola bilər

Yaponiya parlamentində “kütləvi qırğın” ola bilər

Tarix: 21 Aprel 2023 18:38

Yaponiya parlamentinin yuxarı palatasına kütləvi qırğın təhdidinin yer aldığı elektron məktub daxil olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məktubu ictimaiyyətlə əlaqələr şöbəsi alıb.

Məktubda parlamentin aşağı və yuxarı palatalarının salonlarında "çoxlu sayda yüksək təsirli bomba və zarin qazı generatorunun quraşdırıldığı" və aprelin 21-də saat 13:34-də (yerli vaxtla) qırğın olacağı bildirilib.

Qeyd olunur ki, məktub müəllifləri adı açıqlanmayan dini qruplaşmaya mənsub olduqlarını bəyan ediblər, həmçinin yalnız "terrorun ölkəni dəyişə biləcəyini" vurğulayıblar.

Artıq polis binada axtarış aparıb. Digər təfərrüatlar açıqlanmayıb.

Milli.Az


Etiketlər:  Yaponiya parlamentində kütləvi qırğın ola bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ