Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aspirinin ölümcül TƏHLÜKƏLƏRİ

Aspirinin ölümcül TƏHLÜKƏLƏRİ

Tarix: 21 Aprel 2023 19:27

Aspirinin ölümcül təhlükəsi barədə xəbərdarlıq edilib. 

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə tibb elmləri namizədi Andrey Kondrakhin danışıb.

O qeyd edib ki, aspirinin nəzarətsiz qəbulu ölümcül ola bilər.

Həkim xatırladıb ki, bu dərman trombozla mübarizə üçün istifadə olunur və digər hallarda istifadə edilmir, çünki onun çoxlu yan təsirləri var. Xüsusilə, o, yüksək temperaturu aşağı salmaq üçün istifadə edilməməli olduğunu vurğulayıb.

"Həkimlər aspirindən uşaqlarda, xüsusən üç yaşınadək və böyüklərdə qızdırma salıcı kimi istifadə etməməyi tövsəyi edir. Çünki o, qanaxmanı artırır", - terapevt bildirib.

Həkimin sözlərinə görə, aspirinin nəzarətsiz qəbulu xoralara, qanaxmalara, beyin qanamasına səbəb ola bilər.


Etiketlər:  Aspirinin ölümcül TƏHLÜKƏLƏRİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ