Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Air Moldova” maliyyə problemləri səbəbindən reyslərini ləğv etdi

“Air Moldova” maliyyə problemləri səbəbindən reyslərini ləğv etdi

Tarix: 21 Aprel 2023 21:46

Moldovanın dövlət aviaşirkəti "Air Moldova" maliyyə problemlərinə görə aprelin 21-dən 25-dək bütün reysləri təxirə salıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə TASS agentliyi aviadaşıyıcının mətbuat xidmətinə istinadən yazıb.

"Şirkətin fəaliyyəti üçün lazım olan maliyyə resurslarının olmaması səbəbindən 2023-cü il aprelin 21-dən aprelin 25-dək planlaşdırılan bütün uçuşları dayandırmaq məcburiyyətindəyik", - deyə məlumatda bildirilir.

Daşıyıcının mətbuat xidməti qeyd edib ki, şirkət menecerlərinin "Air Moldova"nı böhrandan çıxarmaq üçün atdığı addımlar hələlik müsbət nəticə verməyib.


Etiketlər:  Moldova maliyyə problemləri səbəbindən reyslərini ləğv etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ