Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2023 00:00
Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun "Twitch", "Telegram" və "Kick" platformalarındakı hesabları Roskomnadzorun qadağan olunmuş məlumatlar reyestrinə daxil edilib.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, qara siyahıya Yeqor Kred, Andrey Burim, Nikolay Lebedev, Yuri Xovanski və başqaları da salınıb.
Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina cümə günü bildirib ki, Roskomnadzor həmçinin adıçəkilən platformalardan Rusiyadakı hesablara girişi məhdudlaşdırmağı tələb edib.
Mizulinanın sözlərinə görə, hazırda Federal Vergi Xidməti də "vergi qanunlarının pozulması əlamətləri" ilə bağlı bir sıra nəzarət tədbirləri həyata keçirir.