Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MN silah daşındığını qeydə aldısa, növbəti addım…

MN silah daşındığını qeydə aldısa, növbəti addım…

Tarix: 22 Aprel 2023 07:27

Separatçıların Rusiya sülhməramlılarının və İrəvanın dəstəyi ilə Ermənistandan Qarabağa yeni keçid yollarının axtarışı cəhdləri gözlənilən idi. Bu, xarici aləmlə bağlantısı Azərbaycanın nəzarətinə keçən separatçılar üçün ölüm-qalım məsələsidir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

O bildirib ki, Müdafiə Nazirliyi yeni keçid cəhdindən məlumatlıdırsa, bu çıxışları da nəzarətə götürmək istiqamətində addımın atılacağı şübhəsizdir:

"Lakin bu addımlar da problemin həll yolu deyil. Azərbaycan keçidləri bağladıqca, separatçılar yenisini tapacaq. Məsələnin birdəfəlik həlli Ermənistanla sərhədin tamamilə nəzarətə götürülməsi və Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulmasından keçir".

Qeyd edək ki, ötən gün rus sülhməramlılarının müşayiəti ilə Xankəndiyə silah daşındığı qeydə alınıb.


Etiketlər:  silah daşındığını qeydə aldısa növbəti addım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ