Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əməkdar artist əməliyyat olundu

Əməkdar artist əməliyyat olundu

Tarix: 22 Aprel 2023 10:05

Əməkdar artist Suğra Bağırzadə gözündən əməliyyat olunub.

Milli.Az olay-a istinadən xəbər verir ki, bununla bağlı məşhur göz həkimi Cahid Şahbazov məlumat yayıb.

O bildirib ki, aktrisa problem həll olunmasa, yeni layihə təklifini rədd edəcəkmiş:

"Dəyərli Suğra xanım Bağırzadə mənə çox dəyərli və əsla unutmayacağım kəlmələri bəxş etdi! Yeni aldığı xarici bir layihədə iştirakına, yalnız uğurlu əməliyyat keçirəcəyi halda razılıq verəcəyini bildirdi. Bu foto əməliyyatdan sonra ikinci ayımızda çəkilib və bir neçə gün sonra Suğra xanım çəkilişlərə start verəcəyini bildirdi!

Mənə və kollektivimə təşəkkür etdi! Uzun zamandır bu tip şəkillər paylaşmıram, lakin Suğra xanımla şəkil arxivimin ən dəyərli və məna dolu şəkli olacaq! Dünyada çox az mərkəzdə icra olunan ən müasir, teleskopik linza əməliyyata görə bizi seçdiyi üçün çox qürurlandığımı etiraf edirəm".

Milli.Az


Etiketlər:  Əməkdar artist əməliyyat olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ