Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lavrov: Rusiya tərəfi rus jurnalistlərə viza verilməməsini “unutmayacaq, bağışlamayacaq”

Lavrov: Rusiya tərəfi rus jurnalistlərə viza verilməməsini “unutmayacaq, bağışlamayacaq”

Tarix: 23 Aprel 2023 19:30

Rusiya rusiyalı jurnalistlərə ABŞ vizalarının verilməməsini nə unutmayacaq, nə də bağışlayacaq.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının qarşıdakı iclaslarında iştirak etmək üçün Nyu-Yorka uçmazdan əvvəl hava limanında jurnalistlərə deyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə videonu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında yerləşdirib.

Ən əsası, arxayın olun, biz unutmayacağıq, bağışlamayacağıq", - Lavrov deyib.

Onun sözlərinə görə, ABŞ rusiyalı jurnalistlərə viza verməməklə soyuqqanlılıq edib və axmaqlıq edib.

Milli.Az


Etiketlər:  Lavrov Rusiya tərəfi rus jurnalistlərə viza verilməməsini unutmayacaq bağışlamayacaq


RƏYLƏR