Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2023 21:24
Tərkibindəki vitaminlər, minerallar, antioksidantlar sayəsində mixək yaşlı nəslin sağlamlığına yaxşı təsir edir.
Sonxeber.net AZƏRTAC-a istinadla xəbər verir ki, diyetoloq, tibb elmləri doktoru Marqarita Korolyovanın sözlərinə görə, mixək damarların möhkəmləndirilməsi üçün faydalıdır: "O, yaşlı nəsildə damar divarının və hüceyrə membranlarının bütövlüyünü qoruyub saxlayır. Bu ədviyyatın istehlakı iltihab əleyhinə təsirə malikdir".
Mixək təkcə sərbəst radikallara deyil, həm də orqanizmdə iltihaba səbəb ola biləcək digər amillərə qarşı da müqavimət göstərir.
M.Korolyova bəzən mixəyin allergik simptomların yaranmasına səbəb olmasına diqqət yetirib. Mütəxəssis əlavə edib ki, bu cür ədviyyatlar heç də bütün insanların nəticəsiz istifadə edə biləcəyi universal məhsul deyil.