Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2023 11:40
Qəbələnin Qəmərvan kəndində maraqlı və qəribə bayram adəti var.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bütün sakinlər Ramazan bayramında kəndin mərkəzindəki küçəyə toplaşır, həmrəylik, birlik və bərabərlik nümayiş etdirirlər.
Uşaq, cavan, qoca demədən hər kəs bir yerə toplaşır. Hamı tək-tək bir-biri ilə görüşüb, qarşılıqlı xeyir-dua verirlər.
Qəmərvan kəndinin sakinləri deyir ki, bu bayram adətinin yüz illərlə tarixçəsi var. Bütün kənd sakinləri Ramazan bayramında namazdan sonra kəndin mərkəzi küçəsinə toplaşaraq bir-birilə görüşür və xeyir-dualar edirlər.
Sakinlər bildirir ki, bu adət onlara dədə- babalarından qalıb və çalışırlar ki, onu hər zaman qoruyub saxlasınlar. Hətta əvvəllər bu kənddə yaşayıb daha sonra başqa yerlərə köçənlər də adətə görə bayram günü öz kəndinə qayıdırlar.
Kənd sakinləri bildirir ki, bu adəti yalnız Ramazan bayramında yerinə yetirirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: