Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2023 12:56
Ukraynanın işğal olunmuş ərazilərindəki əhalini Rusiyanın pasportlarını almağa məcbur edirlər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
Məlumata görə, ruslar Xerson vilayətinin işğal olunmuş hissəsinin sakinlərinə 2023-cü il iyunun 1-dək Rusiya pasportunu qəbul etməyənlərin deportasiya ediləcəyi və əmlaklarının müsadirə ediləcəyi barədə xəbərdarlıq edib.
Kəşfiyyat vurğulayır ki, Rusiya öz pasportlarından Donetsk və Luqanskda olduğu kimi, ruslaşdırılma üçün alət kimi istifadə edir:
"Rusiya hakimiyyəti, xüsusən 2024-cü il prezident seçkisi ərəfəsində işğalı uğurlu kimi təqdim etmək üçün Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyanın bürokratiyasına inteqrasiyasını sürətləndirir".