Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Laçında möhtəşəm layihələr gerçəkləşəcək - VİDEO

Laçında möhtəşəm layihələr gerçəkləşəcək - VİDEO

Tarix: 24 Aprel 2023 15:22

Tezliklə Laçının böyük və orijinallığı ilə izləyənləri valeh edəcək bir ekoloji park salınacaq. 

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, artıq gələn aydan işlərə start verilir.

"CamperPark Həkəri" layihəsi nəinki Laçının, həmçinin Zəngəzur və Qarabağ coğrafi regionunun dünyada tanıdılmasında vacib bir nümunə olacaq.

Layihənin müəllifi Rəşad Quliyevin sözlərinə görə artıq eko parkla bağlı sənədlər dövlət orqanlarına təqdim olunub və gələn aydan prosesin icrasına başlanılacaq.

"Əraziyə giriş tam pulsuz olacaq"

Hətta buranın işıqlandırılması günəş enerjisi hesabına təmin ediləcək. Hətta eko parkda xaricdən öz karavanları ilə gəlmək üçün xarici və yerli turistlərə şərait də yaradılacaq.

Eko parkda fərqli ölçülərdə çadır düşərgəsinin də salınması nəzərdə tutulur. 4 təkərli dağ relyefinə uyğun kiçik mopedlərlə Hoçaz dağı boyunca ətraf ucqar kəndləri gəzmək, şəlalələri, bulaqları, mağaraları seyr etmək də olacaq. Layihə müəllifi qeyd edib ki, gələcəkdə eko parkda festivalların keçirilməsi də planlaşdırılır ki, bu da öz növbəsində Azərbaycanın turizm məkanı kimi tanıdılmasında önəmlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Laçında möhtəşəm layihələr gerçəkləşəcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ