Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2023 18:12
Rusiya ilə Ukrayna arasında müharibənin uzun müddət davam edəcəyini düşünsək, ən azı altı NATO ölkəsinin (Polşa, Litva, Latviya, Estoniya, Finlandiya, Böyük Britaniya) hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin tərəfində dayanacaq.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq və publisist Andrey Piontkovski deyib.
"Baltikyanı ölkələr üçün də, bizim üçün də bu, ölüm-dirim məsələsi olacaq. Britaniyalılar üçün bu gün Putinlə təkbətək döyüşən Ukrayna 1940-cı ildə Hitlerlə təkbətək döyüşən İngiltərədir.
Əminəm ki, işlər uzun sürən müharibəyə getməyəcək. Kiyev tərəfdaşları Ukrayna Silahlı Qüvvələrini yaz əks-hücumunun uğuru üçün lazım olan hər şeylə təmin edəcəklər. Krım körpüsü və digər hərbi obyektlər, o cümlədən yarımadadakı işğalçılar ATACMS raketləri ilə məhv ediləcək", - o bildirib.