Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2023 23:20
BMT Təhlükəsizlik Şurasında Asiya, Afrika və Latın Amerikası ölkələrinin təmsilçiliyi genişləndirilməlidir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov BMT TŞ-nin iclasında çıxışı zamanı deyib.
"Hazırda Qərb orada çox güclü şəkildə təmsil olunur. 2021-ci ildə Rusiya Prezidenti Vladimir Putin BMT Təhlükəsizlik Şurası üzvlərinin sammitinin çağırılmasını təklif etdi, təəssüf ki, bu təşəbbüs hələ də həyata keçirilməyib. Bu mövzu birbaşa çoxtərəfliliklə bağlıdır və bu vəziyyətlə bağlı narahatlıqlar Cənub-Şərqi Asiya, ərəb və müsəlman dünyasından Afrika və Latın Amerikasına qədər çoxsaylı təşəbbüslərdə getdikcə daha çox eşidilir", - Lavrov bildirib.