Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

8 yaşlı uşağın məzarından nə istədilər? - VİDEO

8 yaşlı uşağın məzarından nə istədilər? - VİDEO

Tarix: 25 Aprel 2023 17:32

Əmircan qəbiristanlığında müəmmali hadisə baş verib.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, 30 illik bir qəbir yerlə yeksan edilib.

"Xəzər Xəbər"ə müraciət  edən Zahid  Fətəliyev 30 il  əvvəl  dünyasını  dəyişən  övladının qəbirinin dağıdıldığını bildirib.

Elşad Fətəliyev 8  yaşında olarkən yol  qəzasında dünyasını  dəyişib. Doğmaları bu Novruz Bayramında da onun məzarını ziyarət  edərək başdaşına qırmızı lent bağlayıblar, qəbir üstünə tər qərənfillər düzüblər.

İndi gördükləri mənzərəni isə  heç cür başa düşə bilmirlər.

Suraxanı Rayon İcra Hakimiyyətindən şifahi olaraq "Xəzər Xəbər"ə bildirildi ki, bu barədə hüquq mühafizə orqanlarına məlumat verilib, araşdırılıb, tədbir görüləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  yaşlı uşağın məzarından istədilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ