Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bizə Rusiya və İran yox, Brüs Li kömək edə bilər'' – Köçəryan

''Bizə Rusiya və İran yox, Brüs Li kömək edə bilər'' – Köçəryan

Tarix: 25 Aprel 2023 23:48

"Rusiya bəyan edir ki, həm Ermənistan, həm də Azərbaycan onun müttəfiqidir, yəni vasitəçilikdən başqa heç nə etməyəcək".

Sonxeber.net teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni siyasi ekspert Karen Köçəryan deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz uğrunda böyük mübarizədə Ermənistanın xilaskarları yoxdur və bundan sonra olmayacaq:

"Ermənistanın ancaq təbii müttəfiqləri ola bilər. Son üç-dörd ildə bölgədə baş verənləri qısaca təhlil etməyə çalışsaq, bir neçə faktı qeyd edə bilərik:

Birinci, Rusiyanın strateji müttəfiqi Ermənistan Türkiyənin strateji müttəfiqi Azərbaycana uduzdu.

İkinci, Rusiya bəyan edir ki, həm Ermənistan, həm də Azərbaycan onun müttəfiqidir, yəni vasitəçilikdən başqa heç nə etməyəcək.

Üçüncü, Qərb üçün "erməni demokratiyası" bahadır, amma Azərbaycanın enerji resursları daha bahadır. Ona görə də Qərb, eləcə də Rusiya gözəl sözlər söyləməkdən və vasitəçilikdən başqa heç nə etməyəcək.

Dördüncü, İsrail və İran əməkdaşlığını çox dərinləşdirib.

Beşinci, İran bəyan edir ki, onun üçün "qırmızı xətlər" var və regionda heç bir sərhəd dəyişikliyinə dözməyəcək. Yeri gəlmişkən, iddiaya görə, İran bir neçə dəfə Ermənistana hərbi-siyasi müqavilə imzalamağı təklif edib, Ermənistan hakimiyyəti bunu rədd edib.

Altıncı, Çin İrəvanda ABŞ səfirliyindən də böyük səfirlik tikdirdi. Ermənistan kimi bir ölkədə hər iki geosiyasi qütbün bu qədər böyük səfirlik tikmələrinə nə ehtiyac var? Bunu ancaq Tanrı və o fövqəldövlətlərin xüsusi xidmət orqanları bilir".

Eyni zamanda, ekspert İranın qonşu dövlətlərlə əlaqələrini normallaşdırmağa başladığını da söyləyib. Köçəryanın fikrincə, Ermənistan bu durumda Qərb, Rusiya və İran yox, Çindən yapışmalıdır: "Bizə ancaq "Brüs Li" (Çin) kömək edə bilər".


Etiketlər:  Bizə Rusiya İran Brüs kömək edə bilər Köçəryan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ