Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2023 05:14
Rusiyanın Vladimir şəhər məhkəməsi 14 il əvvəl baş vermiş qətl hadisələri ilə bağlı iki azərbaycanlı və bir yerli sakinə höküm oxuyub.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, məhkəmə istintaqı sübut edib ki, Xudiyev və Məmmədov adlı azərbaycanlı, Juravlyov adlı yerli sakinlə birgə yaşlı insanları bu və digər bəhanələrlə aldadıb, daha sonra öldürərək onların əmlakına ələ keçiriblər.
Məhkəmə bir neçə belə qətlin törədildiyini sübut edə bilib. Nəticədə Məmmədov ömürlük, Xudiyev isə 20 il müddətində azadlıqdan məhrum olunub.
Joravlyova isə 24 il həbs cəazsı verilib. Onların hər üçü cəzalarını xüsusi rejimli islah əmək koloniyasında çəkəcəklər.