Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2023 10:24
Ermənistanın Baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı regiondakı hərbi-siyasi vəziyyət müzakirə edilib, bölgədə sülhün və stabilliyin təmin edilməsi üçün ardıcıl səylərin zəruriliyi vurğulanıb, Cənubi Qafqaz regionunda humanitar sahədə vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Onlar həmçinin, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün aparılan danışıqları müzakirə ediblər.