Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lavrovun müavini ilə Ararat Mirzoyan görüşüb

Lavrovun müavini ilə Ararat Mirzoyan görüşüb

Tarix: 26 Aprel 2023 10:46

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan görüşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Qarabağdakı vəziyyəti müzakirə edib. Onlar üçtərəfli razılaşmalara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolları üzrə səylərin gücləndirilməsinin zəruriliyini qeyd ediblər.

Həmçinin ikitərəfli münasibətlərin dinamikası, xüsusən də ticarət-iqtisadi sahədə əlaqələr müzakirə olunub, regional təhlükəsizlik mövzusuna toxunulub.

Milli.Az


Etiketlər:  Lavrovun müavini ilə Ararat Mirzoyan görüşüb


RƏYLƏR