Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Müasir dünyada müasir köləlik” layihəsi çərçivəsində tədbir keçirilib

“Müasir dünyada müasir köləlik” layihəsi çərçivəsində tədbir keçirilib

Tarix: 26 Aprel 2023 11:30

"XXI Əsrin Qadınları" İctimai Birliyi  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə "Müasir dünyada müasir köləlik" adlı layihə çərçivəsində Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir həyata keçirib.

"Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"na uğun olaraq Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan tədbirdə  DİN  İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant İbrahim Əhmədov və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və "XXI Əsrin Qadınları"" İctimai Birliyinin sədri, eyni zamanda sözügedən layihənin rəhbəri Mahirə Əmirhüseynova, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri Zərifə Quliyeva,  Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov, eləcə də yeniyetmə və gənclər iştirak ediblər. 

DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant İbrahim Əhmədov insah alveri ilə mübarizədə görülən işlər haqqında geniş çıxış edib. İnsan alverinin yaratdığı problemlər və bunun transmilli cinayət əməli olmasını tədbir iştirkaçılarının diqqətinə çatdırıb. Eyni zamanda İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin bu sahədə gördüyü işlər haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Sonra layihənin rəhbəri Mahirə Əmirhüseynova çıxış edərək sözügedən layihənin  əsas məqsədinin insan alverinin qurbanlarının sosial-hüquqi müdafiəsinin həyata keçirilməsi, eləcə də gənclər və yeniyetmələr arasında  insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işlərinin təşkili olduğunu qeyd edib. 

Tədbirdə daha sonra "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri Zərifə Quliyeva,  Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov çıxış ediblər. 

Çıxışçılar  təhsil alan tələbələrə gələcəkdə xaricdə təhsillərini davam etdirmək niyyətlərində olacaqları halda, dövlətin təhsil qurumları və cəmiyyətdə etimad qazanan təşkilatların imkanlarından istifadə etməli olduqlarını tövsiyə ediblər. Eyni zamanda gənclərə tövsiyə olunub ki, işləmək məqsədi ilə və ya turizm səyahətinə gedən zaman da həmin şirkətlər haqqında dolğun infirmasiyaya malik olmalıdırlar. Əks halda, heç bir kəs insan alverinin qurbanı olmaqdan sığortalanmayıb. 

Sonda xatirə şəkilləri çəkilib.


Etiketlər:  Müasir dünyada müasir köləlik layihəsi çərçivəsində tədbir keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ