Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mehriban Zəki Fəxrəddin Manafova görə müraciət etdi

Mehriban Zəki Fəxrəddin Manafova görə müraciət etdi

Tarix: 26 Aprel 2023 23:21

Xalq artisti Mehriban Zəki həmkarı Fəxrəddin Manafovla bağlı müraciət edib.

Sonxeber.net olay-a istinadən bildirir ki, bu barədə o, instaqramda post paylaşıb. Aktrisa bildirib ki, Manafovun adına sosial şəbəkələrdə hesablar açılır:

"Bir neçə gün əvvəl instaqram hesablarından birində bir xəbərlə rastlaşdım ki, Fəxrəddin Manafov paylaşım etdi. Sonra axtarışa verdim və qarşıma Fəxrəddin müəllimin adına bir neçə hesab çıxdı. Kifayət qədər izləyicisi var. Burdan həmin səhifələri izləyən dostlarıma xəbər vermək istəyərdim ki, Fəxrəddin Manafov sosial mediadan istifadə etmir. Bu barədə dəfələrlə müsahibələrində də deyib. Onun adına hesab açan şəxslərdən isə xahiş edərdim ki, səhifələrin fan səhifələr olduğunu qeyd edəsiz. İzləyiciləri çaşdırmayın lütfən".


Etiketlər:  Mehriban Zəki Fəxrəddin Manafova görə müraciət etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ