Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2023 20:38
Türkiyə sərhədləri boyu terrorun varlığına qarşıdır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar NTV kanalına açıqlamasında Moskvada baş tutan Türkiyə, Rusiya, Suriya və İran müdafiə nazirləri və Kəşfiyyat idarələrinin rəhbərlərinin görüşünü şərh edərkən bildirib.
O qeyd edib ki, Türkiyə Suriya və İraqın ərazi bütövlüyünə hörmət edir və daha çox miqrantın ölkəyə daxil olmasını istəmir.
Nazirin sözlərinə görə, danışıqların nəticəsi olaraq 4 ölkənin başçısının görüşü də baş tuta bilər.