Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qayınanalar toydan əvvəl pərdənin rəngini də özləri deyir" - Aytən Səfərova

Tarix: 28 Aprel 2023 11:20

"Qayınanalar toydan əvvəl pərdənin rəngini də özləri deyir. Açıq deyək ki, toydan əvvəl ən çox xərcə düşən qız evi olur. Oğlan nə edir? Komplekt alır, özü də gəlir oturur. Anası da tərifləyir. Elə bilirsən, oturan oğlan Apollondur, Zevsdir, Məlikməmmədin 7 başlı əjdahasıdır".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" proqramında deyib. O, toydan əvvəl qız evinin daha çox xərcə düşməsinə münasibət bildirib:

"Düşünürsən ki, bu kimdir? Ana deyir, bu mənim oğlumdur, sizə iki sırğa, bir qolbaq, bir boyunbağı gətirəcəyik. Siz bizə yataq dəsti, dolab gətirməlisiniz. Boyunbağının pulu artıq çıxdı. Zaldakı servizləri də gəlin illərlə işlətmir, muzey kimi orada qalır. Hamı gələndə desin ki, filankəsin belə qab-qacağı var. Qız evini niyə bu qədər xərcə salırsınız? Bəzi ailələrdə də qızın özünü əziyyətə salırlar. Oğlan da, nə oğlan! Baxıb deyirsən, bəy budur?".

Milli.Az


Etiketlər:  Qayınanalar toydan əvvəl pərdənin rəngini özləri deyir Aytən Səfərova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ