Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2019 18:44
Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Qalatasaray"ın qonağı olacaq "Real" İstanbula gedib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisi Türkiyəyə 21 futbolçu aparıb. Onların sırasında Luka Modriç və Qaret Beyl zədə səbəbindən yer almayıb:
Qapıçılar: Tibo Kurtua, Alfons Areola, Dieqo Altube
Müdafiəçilər: Dani Karvahal, Eder Militao, Serxio Ramos, Rafael Varan, Marselo, Alvardo Odriozola, Benjamin Mendi
Yarımmüdafiəçilər: Toni Kroos, Kasemiro, Federiko Valverde, Xames Rodqiros, İsko
Hücumçular: Eden Hazard, Kərim Benzema, Luka Yoviç, Brahim Dias, Vinisius Junior, Rodriqo Qoes
Qeyd edək ki, "Qalatasaray" - "Real" görüşü sabah keçiriləcək.