Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2023 16:50
"Badamlı Mineral Sular" MMC-nin 250-yə yaxın əməkdaşı işdən azad edilib.
Sonxeber.net xəbər verir ki, bunu şirkətin "Xəzər Xəbər"ə danışan işçiləri bildiriblər.
Onlar iddia edirlər ki, şirkət rəhbərliyi dəyişdikdən sonra problemli günləri başlayıb. Şirkətin 250-ə yaxın əməkdaşı işdən çıxarılıb. Onlara nə işlədikləri günlərin pulu, nə dəki kompensasiya verilir.
Şikayətçilər iddia edirlər ki, şirkətin insan resursları şöbəsinin müdiri Vəfa İsmayılovaya müraciət etsələr də, qanedici cavab ala bilmirlər.
Məsələni aydınlaşdırmaq üçün şirkətin məsul şəxsi ilə əlaqə saxlamağa çalışdıq.
Şirkətin ictmayətlə əlaqələr şöbəsindən suallarımıza cavab olaraq bildirildi ki, hazırda şirkət daxilində strukturlaşdırma prosesi aparılır, işin daha optimal şəkildə həyata keçirilməsi üçün bir sıra sahələr dəyişdirilərək yeniləri ilə əvəz olunur. Bununla əlaqədar olaraq, yeni iş sahələri və vəzifələr yaradılır.
"Proses yekunlaşdıqda təbii ki, yeni vəzifələr ilk növbədə şirkətin əməkdaşlarına təklif olunacaq. Əgər hər hansı əməkdaşın bilik və bacarıqları yeni vəzifəyə uyğun gəlməzsə və ya əməkdaş vəzifə dəyişikliyi ilə razılaşmazsa, bu halda Əmək Məcəlləsinə əsasən işçinin əmək haqqı və təzminatı daxil yekun məbləğ ödənilməklə işdən azad olunacaq. Əlavə olaraq bunu da qeyd edim ki, bu günədək işdən ayrılan bütün əməkdaşların ödənişləri - mart ayı üzrə əmək haqqı və kompensasiyalar tam şəkildə ödənilib", - deyə məlumatda bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: