Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2023 08:00
Yüksək qan təzyiqi xəstəliyi uzun müddət gizli şəkildə inkişaf edə bilər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu xəstəlik müalicə olunmasa, böyrəklər, ürək və beyin kimi vacib orqanlar mənfi cəhətdən təsirlənə bilər.
Yüksək qan təzyiqi insultun əsas səbəbidir, eyni zamanda demans və bir sıra digər şərtlərlə də əlaqələndirilir.
Onun qan təzyiqi 130/80 mmHg-dir. Bilmək vacibdir ki, xəstəlik irəlilədikcə heç bir simptomları özünü biruzə vermir. Bulanıq görmə, baş ağrıları və tez-tez burun qanamaları da yüksək qan təzyiqinin gizli simptomlarıdır.
Başgicəllənmə də gizli bir simptom ola bilər. Həkimlər qan təzyiqini uzun müddət izləmək üçün mütəmadi olaraq nəzarətdə qalmağı məsləhət görürlər.
Yüksək qan təzyiqi xüsusilə qeyri-sağlam həyat tərzi, o cümlədən düzgün olmayan qidalanma səbəbindən geniş yayılıb.
Yüksək qan təzyiqinin inkişafına həmçinin genetic faktorlar da təsir göstərə bilər. Diabet və yüksək xolesterolu olan insanlar tez-tez hipertansiyon riski altındadırlar. Bu xəstəliyə hamiləlik də səbəb ola bilər.