Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Premyer Liqası: “Sumqayıt” “Kəpəz”ə qalib gəlib

Azərbaycan Premyer Liqası: “Sumqayıt” “Kəpəz”ə qalib gəlib

Tarix: 29 Aprel 2023 19:20

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura start verilib.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, günün ilk qarşılaşmasında "Kəpəz" Qəbələdə "Sumqayıt"ı qəbul edib.

Oyunun taleyini bir qol həll edib. Qarşılaşmanın 64-cü dəqiqəsində Vüsal İsgəndərlinin vurduğu qol "Sumqayıt"a minimalhesablı qələbə qazandırıb.

Bu nəticə ilə xallarının sayını 28-ə yüksəldən "Sumqayıt" 8-ci pillədəki yerini möhkəmlədib. "Kəpəz" isə 29 xalla 7-cidir.

Qeyd edək ki, günün ikinci matçında "Sabah" öz meydanında "Şamaxı"nı qəbul edəcək.


Etiketlər:  Azərbaycan Premyer Liqası Sumqayıt Kəpəzə qalib gəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ