Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Apple”ın əməkdaşı şirkətə 19 milyon dollar qaytarmalıdır

“Apple”ın əməkdaşı şirkətə 19 milyon dollar qaytarmalıdır

Tarix: 30 Aprel 2023 14:52

"Apple" şirkətinin keçmiş əməkdaşı Dhirendra Prasad üç il müddətinə azadlıqdan məhrum edilib və şirkətə 19 milyon dollardan çox təzminat ödəməyə məhkum olunub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, texnologiya nəhəngindən təxminən 17 milyon dollar oğurlamaqda təqsirli bilinib.

55 yaşlı Prasad 2008-2018-ci illərdə şirkətdə işləyib, "Apple"ın qlobal xidmət təchizat zəncirini idarə edib, təchizatçılardan ehtiyat hissələri və xidmətlər alıb. O, günahını etiraf edərək bildirib ki, o, 2011-ci ildə işəgötürəndən geri ödəmələr, hissələri oğurlamaq, həddən artıq ödəniş etmək və heç vaxt çatdırılmayan mallar üçün pul tələb etməyə başlayıb.

Məhkum həmçinin gəlir vergisindən yayınıb və iki təchizatçı şirkətin sahibləri ilə əlbir olub.

Artıq onun 5,4 milyon dollardan çox sərvətinə həbs qoyulub.

Milli.Az


Etiketlər:  Appleın əməkdaşı şirkətə 19 milyon dollar qaytarmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ