Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2023 12:12
2023-ci ilin mart ayında Türkiyədə İran kapitalı ilə 251 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 23 şirkət çoxdur.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan İran şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapıtalı artıb.
"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran şirkətlərinin məcmu kapitalı 161,7 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 143,6 milyon türk lirəsi təşkil edib"-deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin mart ayında İran şirkətlərinin əksəriyyəti İstanbulda (194) qeydiyyata alınıb.
"İstanbulda qeydiyatdan keçən İran şirkətlərinin ümumi kapitalı 133,7 milyon türk lirəsi təşkil edib" -deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki, 2023-cü ilin mart ayında Türkiyədə İran kapitalı ilə 126 topdan və pərakəndə ticarət, 18 istehsalat şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.