Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

TEKNOFEST dörd gün ərzində 2 milyona yaxın ziyarətçi qəbul edib

TEKNOFEST dörd gün ərzində 2 milyona yaxın ziyarətçi qəbul edib

Tarix: 1 May 2023 13:46

Türkiyənin Aviasiya kosmik və Texnologiya festivalı - TEKNOFEST dörd gün ərzində 1 milyon 925 min 437 ziyarətçini qəbul edib.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, festivalı birinci gün 25 min 437, ikinci gün 300 min, üçüncü gün 600 min, dördüncü gün isə 1 milyon nəfər ziyarət edib.

Qeyd edək ki, TEKNOFEST bu göstərici ilə 2019-cu ildəki (1 milyon 720 min nəfər) rekordunu təzələyib.

Festival 27 aprel-1 may tarixlərində İstanbul Atatürk Hava Limanında keçiriləcək.

102 kateqoriya üzrə 41 əsas müsabiqə keçiriləcən festivalda 13 milyon lirədən çox pul mükafatı, 30 milyon lirədən çox maddi dəstək veriləcək.

Türkiyənin Baykar şirkətinin yerli və milli imkanlarla istehsal etdiyi KIZILELMA və AKINCI PUA-ları TEKNOFEST-də nümayiş üçün 25 aprel tarixində İstanbul Atatürk Hava Limanına eniş edib.

Bundan əlavə, Türkiyənin Baykar şirkətinin istehsal etdiyi KEMANKEŞ raketi ilk dəfə TEKNOFEST-də Atatürk Hava limanında nümayiş etdirilib.

Milli.Az


Etiketlər:  TEKNOFEST dörd gün ərzində 2 milyona yaxın ziyarətçi qəbul edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ