Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mardində PKK-ya qarşı antiterror əməliyyatı keçirilib

Mardində PKK-ya qarşı antiterror əməliyyatı keçirilib

Tarix: 2 May 2023 10:08

Türkiyənin Mardin vilayətində 9 məhəllədə PKK terror təşkilatına qarşı antiterror əməliyyatı keçirilib.

Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, təşkilat rəhbərlərinin də olduğu terror təşkilatı üzvlərinə qarşı keçirilən əməliyyat nəticəsində Tekağaç, Sapanlı, Çağrıcık, Arpalı, Bahminin, Kaleli, Şekrin, Yol və Güneli məhəllələrində Türkiyə saatı ilə 04:00-dan ikinci bir əmrə qədər küçəyə çıxmaq qadağan edilib.

Qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa İttifaqı 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.


Etiketlər:  Mardində qarşı antiterror əməliyyatı keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ