Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Məşədi Dadaş”ın yeni imamı kimdir?

“Məşədi Dadaş”ın yeni imamı kimdir?

Tarix: 2 May 2023 12:30

Xəbər verdiyimiz kimi, bu gün Əli Şərbətov Məşədi Dadaş məscidinə imam təyin edilib.

Əli Şərbətov Cəlilabadda anadan olub. 46 yaşlı yeni imam keçmiş Bakı İslam Universitetində ali təhsil alıb.  

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Liviyaya oxumağa göndərilən Şərbətov 2000-2019-cu illərdə İslam Universitetində müəllim işləyib.

Saray Cümə məscidi və Ceyranbatan məscidində imam olaraq çalışan Əli Şərbətov bu gün Məşədi Dadaş məscidinə imam vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli bu il martın 2-də ürəktutmadan vəfat edib. O, 2002-ci ildən sözügedən məsciddə imam kimi fəaliyyət göstərirdi.

***

Milli.Az xəbər verir ki, Əli Şərbətov təyinatı ilə bağlı "Qafqazinfo"ya açıqlama verib. İmam bildirib ki, Hacı Şahinlə münasibəti çox yaxşı olub: "Onun itkisi hələ də bizə ağır təsir edir, böyük itkidir. Doğrusu onun xatirəsinə görə bir az tərəddüd edirdim, amma məsləhət oldu, gəldim... Ona hörmətimiz sonsuzdur".

Milli.Az


Etiketlər:  Məşədi Dadaşın yeni imamı kimdir


RƏYLƏR