Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəşid Mahmudov 7 yaşlı Fəridin ölümündən DANIŞDI: Bu, yolverilməz idi

Rəşid Mahmudov 7 yaşlı Fəridin ölümündən DANIŞDI: Bu, yolverilməz idi

Tarix: 3 May 2023 08:58

Bir neçə gündür ki, idmançı Mehman Xəlilovun məşq zamanı kobud rəftarı nəticəsində dünyasını dəyişən yeddi yaşlı Fərid Bakarovun başına gələn faciə bütün cəmiyyəti narahat etdi. Sosial şəbəkədə yayılan kadrlar ümumilikdə cəmiyyətin, xüsusən də idman ictimaiyyətinin üzləşdiyi bir sıra problemləri ortaya qoydu.

Milli.Az bildirir ki, tibb üzrə fəlsəfə doktoru, professor Rəşid Mahmudov demokrat.az-a açıqlamasında azyaşlı uşaqların idman getməsinə etiraz edib.

Həkim qeyd edib ki, uşaqlar bu yaşda yüngül idman növləri ilə məşğul olmalıdırlar:

"Uşaqların 7 yaşından peşəkar idmanla məşğul olması yolverilməzdir. Ümumiyyətlə, bu, düzgün deyil. Sadəcə olaraq, qaçış kimi yüngül hərəkətləri edə bilərlər. Uşaqların 11 yaşından sonra idmanla məşğul olması məsləhətdir. Amma, boks, kikboks, sambo, cüdo və s. kimi idmanlara 11 yaşında tez qoymaq olmaz və bu, yolverilmədir. Sonda da təəssüf ki, belə hadisələr baş verir". 

Milli.Az


Etiketlər:  Rəşid Mahmudov yaşlı Fəridin ölümündən DANIŞDI yolverilməz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ