Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

14 May Türkiyə siyasəti üçün yeni bir mərhələdir - AK Parti

14 May Türkiyə siyasəti üçün yeni bir mərhələdir - AK Parti

Tarix: 3 May 2023 11:46

14 may 2023-cü il Türkiyə siyasəti üçün yeni bir mərhələdir.

Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasının sədr müavini (AK Parti) Numan Kurtulmuş deyib.

"1950-ci il mayın 14-ü Türkiyə siyasəti üçün yeni bir mərhələ olduğu kimi, 14 may 2023-cü il də Türkiyə siyasəti üçün yeni bir mərhələ, yeni bir başlanğıc olacaq və Türk Əsrinin qapıları sona qədər açılacaq", - deyə sədr müavini bildirib.

Numan Kurtulmuş qeyd edib ki, Türkiyə bütün dünya xalqlarının qabaqcılı və sözçüsü olmaq gücünə malik bir ölkədir.

"56 İslam ölkəsində və dünyanın digər ölkələrində bu seçkilərə göz dikən iki milyarda yaxın insan var. Fələstin, Misir, Liviya, Əlcəzair, İraq və Suriyadakı qardaşlarımızın gözləri bu seçkilərdədir. Bütün İslam coğrafiyasında yaşayan bacı-qardaşlarımızın ürəkləri bu seçim üçün döyünür", - deyə o vurğulayıb.

Qeyd edək ki, 1950-ci il 14 may tarixində Türkiyədə ilk demokratik seçkilər keçirilib.

Bu il də Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.


Etiketlər:  Türkiyə siyasəti üçün yeni mərhələdir Parti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ