Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2023 14:08
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Ermənistanla hava məkanının bağlanılmasına dair açıqlama verib.
Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, Kalın Ermənistanın soyqırımı ittihamlarının cavabsız qalmadığını da qeyd edib.
"Ermənistanın soyqırımı ittihamları ilə bağlı fəaliyyətinin cavabsız qalmayacağının göstəricisidir. Bu, hava məkanının bağlanması ilə nəticələnəcək",- Kalın qeyd edib.
Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Türkiyənin Ermənistanla hava məkanını bağladığı barədə məlumat yayıb.